İraqın şimalında daha 10 terrorçu məhv edilib


Dünya 16 Dek 2018 15:28:00 310 0

İraqın şimalında daha 10 terrorçu məhv edilib

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı terror düşərgələrinə növbəti dəfə zərbələr endiriblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Gara və Hakurk bölgəsində dəqiq hədəflərin vurulması nəticəsində daha 10 terrorçu məhv edilib. Bildirilir ki, dekabrın 15-də və 16-da keçirilən bu antiterror əməliyyatında məhv edilən terrorçular terror hazırlığında olublar.

Son.az