Futbolçunun atası oğlunun oynadığı matç zamanı öldü
Digərləri 16 Dek 2018 12:17:00 204 0
Futbolçunun atası oyun zamanı öldü
Bakı. Tural Turan -
“Ştutqart” klubunun kapitanı Kristian Gentnerin atası oğlunun oyununa baxarkən tribunada dünyasını dəyişib.
Trend-in məlumatına görə, Mixael Gentner dünən “Herta” ilə matçın gedişində anidən yıxılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Mənbə: az.trend.az