Çaylarda suyun səviyyəsində artım müşahidə olunub


Digərləri 16 Dek 2018 08:30:00 200 0

Çaylarda suyun səviyyəsində artım müşahidə olunub

Çaylarda sululuq səviyyəsi dəyişib.

Bakı. İlhamə İsabalayeva - Çaylarda sululuq səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 85-95, Kiçik Qafqazın çaylarında 40-180, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 75-145 faizini təşkil edib. Tranzit çaylarda son vəziyyətə gəlincə, dekabrın 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 177 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 112 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Son dəfə məntəqədə su sərfi 82,5 m3/s olmaqla, ongünlük normanın 109 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 42 m3/s təşkil edərək ongünlük normanın 56 faizinə bərabər olub.