Belçikada etiraz aksiyaları insan ölümünə səbəb olub


Dünya 16 Dek 2018 08:09:00 278 0

Belçikada etiraz aksiyaları insan ölümünə səbəb olub

Ötən gün Fransa-Belçika sərhədində "sarı jiletlilər"in yolda qurduğu barrikadanın qarşısında dayanan yük maşınlarından birinə minik avtomobilinin çırpılması nəticəsində sürücü ölüb.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə bu gün yanğın mühafizə xidmətindən təsdiqləyici məlumat gəlib.