Ekstrasens 57 il əvvəl itən atasını tapdı FOTO


Digərləri 16 Dek 2018 04:04:00 259 0

Ekstrasens 57 il əvvəl itən atasını tapdı  FOTO

ABŞ vətəndaşı Mayk Kerroll yaşadığı evin zirzəmisində 57 il əvvəl itkin düşən atasının skeletini aşkar edib.

Son.az xəbər verir ki, bu barədə "New York Post" nəşri yazıb. DNT-test də qalıqların Corc Kerrolla aid olduğunu təsdiqləyib.

Oğlunun açıqlamasına görə, atası 1961-ci ildə onun 8 yaşı olanda itkin düşüb. Böyüdükdən sonra Mayk atasını axtarmaq qərarına gəlib və ekstrasensə müraciət edib. Ekstrasens ona atasını evin zirzəmisində axtarmağı məsləhət görüb.

"Ekstrasens mənə dedi ki, atanı küt alətlə öldürüblər. Zərbə başından dəyib və onu diri-diri basdırıblar", - deyə Mayk bildirib.


Xəbərə aid foto