Quranın and içdiyi nəfsiləvvamə və ya vicdan


Digərləri 15 Dek 2018 23:55:00 301 0

Quranın and içdiyi nəfsiləvvamə və ya vicdan

Qurani Kərimdə tez-tez rast gəlinən ayələrdən biri də andla bağlı ayələrdir. Təfsir alimləri andla bağlı ayələrin təfsirində qeyd edirlər ki, Mütəal Allah bu ayələrlə insanın dili ilə danışır, yaxud and içilən bir şeyin mühümlüyünü çatdırır.

Bu ayələrdən biri də Qiyamət  surəsinin  2-ci ayəsidir:

"And içirəm özünü qınayan nəfsə!"

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, əxlaq ustadları nəfsi bir neçə məqamlara bölürlər ki, binlardan biridə "ləvvamə" nəfsdir. Bu nəfs insanı pisliyə sürükləyən "Əmmarə" nəfsdən sonra gəlir. Əmmarə nəfs insanı günaha sövq edən, onun gözünü kor edən nəfsdir. Ləvvamə nəfs isə ona etdiyi günah müqabilində peşmançılıq hissi yaşadan nəfsdir. Hətta bəziləri Ləvamə nəfsə danlayan nəfs də deyir.