Mal və ömrün bərəkətli olması üçün İmam Əli tövsiyələri


Digərləri 15 Dek 2018 23:50:00 314 0

Mal və ömrün bərəkətli olması üçün İmam Əli tövsiyələri

Əmirəl-möminin (ə) bütün möminlərin mənəvi atası kimi bizlərə mal və ömrümüzün bərəkətli olması ilə bağlı bəzi tövsiyələr vermişdir.

İmam (ə) ömrün və ruzinin bərəkətli olması üçün buyurub:

- Malın bərəkəti - zəkat verməklədir.

- Ömrün bərəkəti - yaxşı iş görməkdədir.

- Süfrəyə çoxlu əllərin daxil olması - bərəkətdir.

- Öz ayıqlıq və zirəkliyini günahı tərk etməkdə qərar ver.

- İnsanın təvazökarlığı - onun kərəmindədir.

- İnsanın gözəlliyi - mülayimliyindədir.

- Sözün gözəlliyi - qısa və ixtisarlı olmasındadır.

- Gözəl yoldaş - qənimətdir.