Bu qidalar karlığın qarşısını alır


Digərləri 15 Dek 2018 22:20:00 221 0

Bu qidalar karlığın qarşısını alır

Yaşlandıqca, ya da müxtəlif səbəblərdən eşitməmizdə müəyyən narahatlıqlar yaranır. Amma bəzi qidalarla eşitmədə yarana biləcək problemlərin qarşısını almaq mümkündür. İslaminSesi Ailem.az-a istinadən həmin qidaların siyahısını diqqətinizə çatdırır.

Potasium

Potasium qandakı və bədən toxumasındakı maye miqdarının tənzimlənməsindən cavabdehdir. Eşitmə sağlamlığınız üçün bu, əhəmiyyətli ola bilər, çünki daxili qulaqdakı maye, qulağın duyduğumuz səsləri elektrik vasitəsilə beyinə ötürən maye zəngin bir potasium qaynağına bağlıdır. Yaşlandıqca təbii olaraq, bu səviyyələr azalır ki, bu, yaşla bağlı eşitmə itkisinə səbəb olan bir faktor ola bilər.

Potasium baxımından zəngin qidalar:

Kartof, ispanaq, lobya, pomidor, quru üzüm, qaysı, banan, qovun, portağal, qatıq və süd.

Fol turşusu

Fol turşusu orqanizmdəki yeni hüceyrə böyümə qabiliyətinə dəstək verən kritik bir elementdir. Bəzi araşdırmalar fol turşusunun eşitmə itkisini azaltdığını göstərir. Yaxşı bir dövran daxili qulaqdakı tüklü hüceyrələrin sağlıqlı və düzgün şəkildə işləməsini təmin edən əhəmiyyətli bir ünsürdür.

Fol turşusu ilə zəngin qidalar:

Cciyər, böyrək, ürək və sair, ispanaq, itburnu