Paris yenə qarışdı: 100dən çox “sarı jiletli” saxlanılıb FOTO


Dünya 15 Dek 2018 21:32:00 284 0

Paris yenə qarışdı: 100dən çox “sarı jiletli” saxlanılıb  FOTO

Fransada "sarı jiletlilər"in növbəti etiraz aksiyası keçirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Parisdə polis Yelisey çölləri prospektində toplaşan aksiyaçıları mühasirəyə alaraq digər küçələrə keçməyə qoymayıb. Beş qadın respublikanın simvolu olan Maryan qiyafəsində, sinəsi açıq şəkildə polisin qarşısına çıxaraq etirazlarını bildirib. Digər aksiyaçılar paytaxtın müxtəlif məhəllələrində, eləcə də Paris Operasının qarşısına toplaşıblar. Paris polis prefekturasının məlumatına əsasən, təkcə paytaxtda 151 aksiyaçı dindirilib və onlardan 101-i müvəqqəti saxlanılıb.

Axşam saatlarında polis su şırnağı ilə aksiyaçıları dağıtmağa başlayıb. Yelisey çölləri prospektində polis məngənəsi arasında sıxılan aksiyaçılar "Makron, istefa" sloqanları altında dağılmağa məcbur olublar.

Aksiyaçılar hələ də küçələrdə aksiyanı davam etdirilər.


Xəbərə aid fotolar