Bu yazını oxuyub əzgili daha çox xoşlayacaqsınız


Digərləri 15 Dek 2018 19:08:00 246 0

Bu yazını oxuyub əzgili daha çox xoşlayacaqsınız

Əzgilin sağlamlığımız üçün bir çox faydaları var.

Əzgil A, C, B qrupu vitaminləri, kalium, maqnezium, marqans, fosfor, dəmir, pektinlər və qidalı liflərlə zəngindir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, əzgil ürək və damarlar üçün çox faydalıdır. Bunun səbəbi əzgilin tərkibində kalium və maqneziumun olmasıdır. Bu 2 maddə ürəyin fəaliyyətini yaxşılaşdırır, ürəyə düşən gərginliyi azaldır, təzyiqi normallaşdırır, xolesterinin səviyyəsini aşağı salır, damarları təmizləyir.

Əzgilin tərkibində olan pektin və qidalı liflər bağırsaqları təmizləyir, qəbizliyin qarşısını alır, orqanizmdən toksin, radionukleid, ağır metalların duzları və s. ziyanlı maddələri xaric edir.   

Kal əzgil əksinə bağırsaqları "yığır", ishal zamanı kömək edir.

A vitamini sayəsində əzgil dərinin vəziyyətini yaşılaşdırır, cavanlaşdırır, dəridə iltihabları azaldır.

Həmçinin A vitamini yaxşı görmə üçün çox vacibdir - görmə problemlərinin, o cümlədən kataraktanın riskini azaldır.