Dəniz sularının bir birinə qarışmaması


Digərləri 15 Dek 2018 19:10:00 272 0

Dəniz sularının bir birinə qarışmaması

Qurani Kərimin bir çox ayələrində dəniz sualarının bir-birinə qarışmaması əks olunub.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bəhs olunan ayələr bunlardır.

İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat (boğazdan rahat keçən), digərininki isə həddindən artıq şor və acıdır. Onların hər birindən təzə ət (balıq) yeyir, taxdığınız (inci və mərcan kimi) bəzəklər çıxardırsınız. Onun (Allahın) lütfündən (ne´mətindən) ruzi diləyib axtarmağınız (ticarət etməyiniz) üçün gəmilərin də orada (suyu) yara-yara üzdüyünü görürsən. (Bütün bunlara görə), bəlkə, (Allaha) şükür edəsiniz. (Fatir: surəsi, 12)

Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarşmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur! (Fuqan surəsi: 53.)