Nazarbayev azərbaycanlı diaspor rəhbərini "Dostluq" medalı ilə təltif etdi


Dünya 15 Dek 2018 16:56:00 232 0

Nazarbayev azərbaycanlı diaspor rəhbərini "Dostluq" medalı ilə təltif etdi

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkənin inkişafında göstərdiyi xidmətərlə görə 6 azərbaycanlını müxətlif orden və medallarla təltif edib. 

Son.az report-a istinadən bildirir ki, onların arasında Qazaxıstan Azərbaycanlıları İttifaqının rəhbəri Əbülfəz Xamedov ən yüksək mükafata - 2-ci dərəcəli "Dostluq" medalına layiq görülüb. Bu, son beş ildə Qazaxıstanda yaşayan azsaylı xalqların nümayəndələrinə verilən ən yüksək mükafatdır. 

Eyni zamanda təltif olunanlar sırasında müxtəlif sahələrdə çalışan Allahverdi Mamedov, Bəxtiyar Mirzəyev,  Faiq Mahmudov, Faiq Bayramov və Allahqulu Cəfərov da var. 


Xəbərə aid foto