UNESCO Ümumdünya İrs Komitəsinin 43cü sessiyası Bakıda təşkil olunacaq


Digərləri 15 Dek 2018 16:16:00 226 0

UNESCO Ümumdünya İrs Komitəsinin 43cü sessiyası Bakıda təşkil olunacaq

UNESCO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında iştirak etmək üçün Parisə səfəri çərçivəsində mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bir sıra görüşlər keçirib.

Mədəniyyət Nazirliyindən Son.az-a verilən məlumata görə, UNESCO-nun Ümumdünya İrs Mərkəzində keçirilən görüşdə Şəki şəhərinin tarixi hissəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi məqsədilə 2019-cu ildə nominasiya faylının yekun versiyasının təqdim olunması istiqamətində atılacaq addımlar müzakirə olunub.

Həmçinin UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakıda təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bir il müddətinə komitənin sədri seçilib və 43-cü sessiya 2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakı şəhərində keçiriləcəkdir. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması və UNESCO-nun ən mühüm tədbirlərindən birinin Bakıda keçirilməsi ölkəmizin bu təşkilatla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.