Azərbaycan Prezidenti İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib


Digərləri 15 Dek 2018 16:16:32 175 0

Azərbaycan Prezidenti İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev müdafiə sənayesi işçilərinə fəxri adların verilməsi ilə bağlı sərəncam imzalayıb.

Bakı. Azərbaycan Prezidenti İlham Əliyev müdafiə sənayesi işçilərinə fəxri adların verilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının müdafiə sənayesində uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib: “Əməkdar dövlət qulluqçusu” Zeynalov Vaqif Əziz oğlu “Əməkdar mühəndis” Məmmədov Sədrəddin Abbas oğlu Virskiy İqor Sergeyeviç. Digər bir sərəncamla Azərbaycan Respublikası müdafiə sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Əmək” ordeni ilə Müfid-Zadə Röfət Həmid oğlu “Tərəqqi” medalı ilə Abdurəhmanov Nizami Əli oğlu Cəlilov Mahir Fikrət oğlu Əliyev Abil Qədim oğlu Əliyev Elmar Arif oğlu Hüseynov İftixar Hüseyn oğlu Quliyev Soltan Ələsgər oğlu Məsimov Yaqub İsmayıl oğlu Tağıyev Mirmusa Mirtağı oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Əliyev Nadir Əli oğlu Əmirov Xasay Yaşa oğlu Şahbazov Ramin Tofiq oğlu. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin