"Broker, bank işçisi, hüquqşünas, auditor, kassir kimi peşələr növbəti 10 illər ərzində aradan çıxacaq"


Digərləri 15 Dek 2018 11:30:00 222 0

"Broker, bank işçisi, hüquqşünas, auditor, kassir kimi peşələr növbəti 10 illər ərzində aradan çıxacaq"

Dünyada texnologiyaların inkişafı nəticəsində bir sıra peşələr və iş növləri aradan qalxacaq, milyonlarla insan iş yerlərini itirməli olacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərkosmos" ASC-nin sədr müavini Rövşən Rüstəmov Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında deyib.

R.Rüstəmov qeyd edib ki, elm və texnologiyaların inkişafı növbəti 15 il ərzində daha da aktual olacaq. Onun fikrincə, xüsusilə də internet texnologiyaları, süni zəkanın daha çox inkişaf etməsi gözlənilir:

"Robortlar artıq son illər ərzində populyarlaşıb və gələcəkdə daha da populyarlaşacaq. Növbəti illərdə bir çox işlərin avtomatlaşdırılmasının şahidi olacağıq. Broker, bank işçisi, hüquqşünas, auditor, kassir kimi peşələr növbəti 10 illər ərzində aradan çıxacaq. Ona görə də inklüziv dayanıqlı iqtisadi inkişaf üzrə "hamıya iş yerləri" şüarı altında işlər aparılmalıdır. Ümumilikdə tendensiya belədir ki, müəyyən iş növləri aradan qalxacaq, daha çox yaradıcılıq, liderlik bacarıqları yaxşı olanlar üçün iş yerləri aktual olacaq. Milyonlarla insan peşələrini dəyişməsə, işlərini itirəcəklər. İnsanlar bu riskləri nəzərə almalıdırlar, hökumətlər, qeyri-hökumət təşkilatları insanları maarifləndirməli və stimullaşdırmalıdırlar ki, yeni peşələrə yiyələnsinlər".