Məşhur uşaq markası 40 milyard itirdi


Dünya 15 Dek 2018 11:19:00 245 0

Məşhur uşaq markası 40 milyard itirdi

ABŞ-ın məşhur uşaq markası olan "Johnson & Johnson" şirkəti 39,8 milyard dollar itirib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, məlum olub ki, şirkət illərdir uşaq kirşanının ("prisıpka") tərkibində sağlamlıq üçün təhlükəli olan asbestin olmasından xəbərdardır və bunu gizlədib. Xəbərin yayılmasından sonra şirkət tarixinin ən ağır günlərini yaşayır. 

"Johnson & Johnson" yayılan iddiaları təkzib edib, onu birtərəfli, yalan və təhrikedici adlandırıb. 

Xatırladaq ki, 2016-cı ildə ABŞ-ın Missuri ştatının məhkəməsi kosmetik məhsul istehsalçısını həmin şirkətin məhsullarından istifadə edərək xərçəngə yaxalandığını iddia edən qadına 55 milyon dollar ödəməyə məcbur etmişdi.