Ermənistanda sonuncu rusdilli televiziya layihəsi bağlanır


Dünya 15 Dek 2018 08:28:00 220 0

Ermənistanda sonuncu rusdilli televiziya layihəsi bağlanır

Ermənistanda "Nə? Harada? Nə zaman?" televiziya proqramı yeni mövsümdən yalnız erməni dilində yayımlanacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistanın təhsil və elm naziri Araik Arutyunyan öz "Facebook" səhifəsində yazıb.

A.Arutyunyan bildirib: "Yeni mövsümdən layihə efirə yalnız erməni dilində çıxaçaq. Hökümət proqrama 17 milyon dram (35 min dollar) ayıracaq. Mən təşkilatçıları oyunu rus dilində keçirdiklərinə görə dəfələrlə tənqid etmişəm".