Apple 1 milyard dollar dəyərində yeni kampus inşa edəcək


Digərləri 15 Dek 2018 08:11:00 219 0

Apple  1 milyard dollar dəyərində yeni kampus inşa edəcək

Apple şirkəti Şimali Ostində yeni kampus inşa etmək üzrə planının olduğunu açıqladı. İlkin məlumatlara əsasən yeni kampusun inşası şirkətə 1 milyard dollara başa gələcək. Beləliklə 2023-cü ilə kimi şirkət ABŞ-da minlərlə yeni iş yeri yaradacaq. Şirkət bildirib ki, təkcə bu il o, 6000 yeni iş yeri yaradıb. Ümumilikdə şirkət ABŞ-ın 50 ştatında 90.000 işçiyə sahibdir. Nəticədə Ostində inşa ediləcək yeni kampus sayəsində şirkət 2023-cü ilə kimi bütün ABŞ üzrə 20.000 yeni iş yeri yaradacaq.

Son.az technote.az-a istinadən bildirir ki, inşa ediləcək yeni kampus şirkətin Ostində yerləşən ofislərinə yaxın məsafədə olacaq. İlk öncə həmin kampusda 5000 işçi çalışacaq Müəyyən vaxtdan sonra kampusun işçi sayı 15.000-ə yüksələ bilər. Bununla belə yeni kampusun inşası üzrə müəyyən tarixlər barədə məlumat verilməyib. Qeyd etmək lazımdır ki, şirkətin Apple Park adlı kampusunun inşasına 2011-ci ildə start verilmişdi və kampus 2015-ci ildə artıq istifadə olunmalı idi. Lakin bəzi səbəblərə görə onun açılışı yalnız 2017-ci ilin sonunda baş tutdu.