Tramp Mik Malveynini Ağ Ev Aparatının başçısı təyin edəcək


Dünya 15 Dek 2018 08:04:00 228 0

Tramp Mik Malveynini Ağ Ev Aparatının başçısı təyin edəcək

Ağ Evin İnzibati-Büdcə İdarəsinin direktoru vəzifəsini tutan Mik Malveyni Ağ Ev Aparatının rəhbəri olacaq.

Son.az "Report"a istinadən bildirir ki, ABŞ prezidenti Donald Tramp bu təyinatının anonsu barədə "Twitter"də bildirib.

"Mik Malveyninin ölkəmizə çox gözəl xidmət etmiş general Con Kellinin yerinə Ağ Evin Aparatının rəhbəri əvəzi təyin olunacağını elan etməyə şadam", - deyə Tramp yazıb.

Amerika lideri Kellini vətənpərvər adlandırıb və qeyd edib ki, xidmətə görə ona şəxsən təşəkkür etmək istəyir.