Ermənistanda sonuncu rusdilli televiziya proqramı bağlanıb


Dünya 14 Dek 2018 23:12:00 270 0

Ermənistanda sonuncu rusdilli televiziya proqramı bağlanıb

Ermənistanda "Nə? Harda? Nə vaxt" televiziya proqramı yeni mövsümdən sırf erməni dilində yayımlanacaq.

Son.az "report"-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın təhsil və elm naziri səlahiyyətlərini icra edən Araik Arutyunyan bildirib.

"Layihə yeni mövsümdən sırf erməni dilində efirə çıxacaq. Hökumət proqram üçün 17 milyon dram (təxminən 35 min dollar) vəsait ayıracaq. Mən təşkilatçıları dəfələrlə oyunu rus dilində apardıqlarına görə tənqid etmişəm", - deyə Arutyunyan özünün "facebook" səhifəsində yazıb.