Yuxu üçün səmərəli qida


Digərləri 14 Dek 2018 23:15:00 267 0

Yuxu üçün səmərəli qida

Gün ərzində düzgün qidalanmamaq axşam yuxusuna mənfi təsir göstərir.

Son.az bildirir ki, həkim-fitoterapevt Ulduz Hüseynova bu barədə AZƏRTAC-a məlumat verərək deyib ki, alimlər araşdırmalar nəticəsində qida rasionunun yuxu rejiminə birbaşa təsir göstərdiyi qənaətinə gəliblər.

Onun dediyinə görə, yuxusuzluqla mübarizədə banan ən yaxşı təsir edən qidalardan hesab edilir: "Yatmazdan bir-iki saat qabaq banan yemək rahat yuxunu təmin edir. Onun tərkibində melatonin və seratoninlə yanaşı maqneziumun da olması əzələlərə rahatlıq verir.