Balqabaq çəyirdəyi o qədər faydalıdır ki... Yağını da içə bilərsiniz


Digərləri 14 Dek 2018 23:02:00 282 0

Balqabaq çəyirdəyi o qədər faydalıdır ki...  Yağını da içə bilərsiniz

Balqabaq çəyirdəyi yağı tərkibində çox miqdarda faydalı maddələr olan yüksək kalorili maddədir. Bu yağ həm səhiyyə, həm də kosmetik sahədə ən çox tətbiq edilən yağlardandır. 

Son.az medicina.az-a istinadən balqabaq çəyirdəyinin istifadəsi, faydaları və zərərləri haqda məlumat verir: 

Faydası

Balqabaq çəyirdəyi yağının tərkibində A, B və E vitaminlərindən əlavə, omega 3 və omega 6 yağları da var. Bundan əlavə, bu yağın tərkibində bol miqdarda selen və sink olduğu üçün saç və dəri sağlamlığında da çox faydalı hesab olunur.  

Prostat böyüməsi üçün: 

Balqabaq çəyirdəyi yağı prostat xəstəliyinin qarşısının alınmasında, prostat böyüməsində istifadə edilir. Sidik yolları problemləri zamanı da yaxşı təsir göstərir. Tərkibində olan karetoneid və fitosterol maddələri kişilərdə əmələ gələ biləcək prostat riskini də azaldır. 

Bu yağ bağırsaq qurdlarına qarşı təsirlidir. 

Bağırsaqlarda yaşayan qurdların düşməsinə səbəb olan balqabaq çəyirdəyi yağı  eyni zamanda yoğun bağırsaq xərçənginin qarşısının alınmasında da faydalıdır.