Çoxlu ət yemək bu orqanı sıradan çıxardır


Digərləri 14 Dek 2018 22:50:00 263 0

Çoxlu ət yemək bu orqanı sıradan çıxardır

Ət dəmir və əvəzolunmaz amin turşularının ən zəngin mənbəyidir.

Ətin istehlakı insan sağlamlığı üçün vacib olsa da, bu məhsulun həddindən artıq qəbulu orqanizmə xeyirdən çox ziyan vurur, bəzi orqan və sistemlərin fəaliyyətini ciddi şəkildə pozur.

Son.az saglamolun.az-a istinadən bildirir ki, ABŞ alimləri ətin çoxlu miqdarda istehlakının ziyanlarını araşdırıb.  

Amerika kardioloji assosiasiyası (American Heart Association) sübut edir ki, ətin gündəlik istehlakı orqanizmdə trimetilamin N-oksid maddəsinin istehsalını artırır ki, bu da ürək-damar sistemi xəstəliklərinin və vaxtından əvvəl ölümün riskini artırır.