Yaponların heyrətamiz TƏRBİYƏ ÜSULLARI: uşaqları böyük şəxsiyyətə çevirən METODLAR


Digərləri 14 Dek 2018 22:14:00 299 0

Yaponların heyrətamiz TƏRBİYƏ ÜSULLARI: uşaqları böyük şəxsiyyətə çevirən METODLAR

Yaponların uşaq tərbiyəsinə qarşı xüsusi yanaşması sayəsində onlar heç vaxt ərköyünlük etmirlər.

Yaponiya mədəniyyəti və həyat tərzi ilə dünyada seçilən ən maraqlı ölkələrdən biri sayılır. Yaponların zəhmətkeşliyi, onların mətanəti, intizamlılığı və təbiətə qayğıkeş münasibəti hər kəsə məlumdur.

Son.az bu yazıda oxucuları yaponların başqa bir diqqətəlayiq xüsusiyyəti - uşaq tərbiyəsinə özünəməxsus yanaşması ilə tanış edir.

Gündoğar ölkəsinə gələnlər yaponların müxtəlif nəsillər arasındakı qarşılıqlı anlaşmasına heyran qalır. Uşaqlar - itaətkar və ağıllıdır, böyüklər adekvat, nənələr və babalar isə qayğıkeşdir, amma onlar nəvələrini ərköyünlüyə öyrətmirlər. Belə yekdilliyin səbəbi uşaqların xüsusi tərbiyə sistemi əsasında yetişdirilməsidir və bu ənənənin kökləri uzaq keçmişə gedib çıxır.

Əsrlər əvvəl Yaponiyada analar işi ilə uşaqların tərbiyəsini birləşdirdi. Onlarda heç bir uşaq bağçası və ya anası işdən gələnə qədər evdə oturub nəvələrinə dayəlik edən nənələr olmayıb. Odur ki, ana harada olurdusa, uşaqları da özü ilə birlikdə ora aparırdı. Hətta qadın tarlaya gedəndə də uşağı parça ilə kürəyinə bağlayırdı. Bu zaman o, körpə ilə daim ünsiyyət qurur və ona gördüyü işlərdən danışardı. Təəccüblü deyil ki, belə uşaqlar danışmağı, yeriməyi və oxumağı tez öyrənərdi.

Bu zaman körpə bütün həyatı proseslərdə (iş, istirahət, gəzinti) iştirak edir, onun üçün dünyanı öyrənmək və inkişaf etmək daha asan olurdu. Təəccüblü deyil ki, yaponlar indi uşaqlarını bu ənənə əsasında yetişdirməyi üstün tuturlar. Ananın hara getməsindən asılı olmayaraq, körpə hər zaman onun yanındadır - ya qucağında, ya kürəyində, ya da əlindən tutub yavaş-yavaş onunla yanaşı gedir.

Yapon anaları ümumiyyətlə, uşağın 3 yaşına qədər analıq məzuniyyətinə çıxır. Ölkədə bağçalar olmasına baxmayaraq, körpəni onlara vermək ayıb hesab olunur. Nənə ilə babanın da körpəyə dayəlik etməsi müsbət qarşılanmır. Uşağın üç yaşı tamam olduqdan sonra uşaq bağçasına göndərilir.