Belarus Prezidentinin Rusiyaya səfərinin tarixi açıqlanıb


Dünya 14 Dek 2018 19:39:00 324 0

Belarus Prezidentinin Rusiyaya səfərinin tarixi açıqlanıb

Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko dekabrın 25-də Moskvada görüşəcək.

Son.az Report-a istinadən xəbər verir ki, məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl Aleksandr Lukaşenko Moskvada müzakirə edəcəyi başlıca mövzunu açıqlayıb. Onun rusiyalı həmkarı ilə təbii qazın qiymətinin aşağı salınmasını müzakirə edəcəyi gözlənilir.