Mümin Sarıkaya “Ben yoruldum hayat” mahnısını necə yazıb?


Digərləri 14 Dek 2018 18:53:00 301 0

Mümin Sarıkaya “Ben yoruldum hayat” mahnısını necə yazıb?

"Ben yoruldum hayat" mahnısı ilə məşhurlaşan Mümin Sarıkaya iştirak etdiyi televiziya verilişində bu mahnının necə yaranmasından danışıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, müğənni mahnını ad gününü təbrik edən insanlara təşəkkür etmək üçün yazdığını bildirib.

"Mahnının bu qədər seviləcəyini heç düşünməmişdim. İnsanın həyatında problemlər, dərdlər olur. Mən də 30 il özünü musiqiyə həsr etmiş adamam. Xəyallarımız və istəklərimiz bəzən reallaşır amma bəzən reallaşmır. Mən 9 iyunda anadan olmuşam. 8 iyun gecəsi sosial şəbəkədə təbrik mesajları almağa başladım. Amma mən o gün mahnı yazmaq niyyətində idim. Mən də məni təbrik edənlərə təşəkkür etmək üçün mahnını yazdım.