“Mixaylo, qəhrəmanlığını qürurla anırıq” adlı tədbir


Digərləri 14 Dek 2018 18:39:00 257 0

“Mixaylo, qəhrəmanlığını qürurla anırıq” adlı tədbir

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş "Mixaylo, qəhrəmanlığını qürurla anırıq" adlı tədbir keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə iştirakçılar M.Hüseynzadənin muzeyin zəngin fondlarında mühafizə olunan şəxsi əşyaları ilə tanış olublar.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Prezident İlham Əliyevin Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamın əhəmiyyətini vurğulayıb.

"Mixaylo"nun İkinci Dünya Müharibəsi dövründə partizan hərəkatında göstərdiyi misilsiz şücaətindən danışan akademik bildirib ki, M.Hüseynzadə Azərbaycan tarixinə öz cəsarəti və qələmi ilə gəlmiş bir insan olub.

N.Vəlixanlı M.Hüseynzadənin qəhrəmanlığı haqqında əsərlərin yaradıldığını, onun haqqında film çəkildiyini, onlarla məqalələr yazıldığını qeyd edib.

O əlavə edib ki, Muzeyin fondlarında M.Hüseynzadəyə məxsus eksponatlar qorunur və nümayiş etdirilir. M.Hüseynzadəyə aid saxlanılan əşyalar muzeyin ən qiymətli kolleksiyalarından biri hesab oluna bilər.

N.Vəlixanlı bu gün nümayiş olunan əşyaların bir qisminin M.Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilən zaman muzeyə təhvil verildiyini xatırladıb.

Onun sözlərinə görə, həmin əşyaların arasında M.Hüseynzadənin gödəkçəsi, çəkdiyi şəkillər, fırçası, Mehdiyə məxsus sənədlər olub.

Muzey direktoru əlavə edib ki, M.Hüseynzadənin bəzi şəkilləri, sənədləri Mehdinin dostu tərəfindən onun bacısna verilib. Mehdinin bacısı isə həmin əşya və sənədləri muzeyə təqdim edib.

Akademik qeyd edib ki, M.Hüseynzadə həm öz qəhrəmanlığı ilə, həm də yaratdığı rəsm əsərləri ilə Azərbaycan xalqının yaddaşında özünə əbədi ad qazanıb. Azərbaycan ədəbiyyatında, publisistikasında, incəsənətində M.Hüseynzadənin adı daim təbliğ edilib: