Füzuli sakinləri XIII əsrə aid Əhmədalılar türbəsinin bərpası üçün nazirə müraciət etdilər


Digərləri 14 Dek 2018 18:34:00 287 0

Füzuli sakinləri XIII əsrə aid Əhmədalılar türbəsinin bərpası üçün nazirə müraciət etdilər

Füzuli sakinləri XIII əsrə aid Əhmədalılar türbəsinin bərpası üçün nazirə müraciət etdilər.

Bakı. Dekabrın 14-də mədəniyyət naziri Əbülfəs Qarayev Hacıqabuldakı Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Sabirabad, Hacıqabul, Saatlı, Kürdəmir, Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, qəbulda Şirvan şəhərindən gəlmiş sakinlər uşaq musiqi məktəbinə yeni dərs vəsaitlərinin, vətənpərvərlik mövzusunda yazılmış əsərlərin notlarının verilməsi, digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar. Sabirabad rayonundan qəbula yazılan vətəndaşların müraciətləri dövlət teatrlarında istifadə olunmayan səhnə geyimlərinin rayon klub müəssisələrinə verilməsi, rayon tarix-diyarşünaslıq muzeyinin eksponatlarının müasir üslubda qurulması barədə olub. Hacıqabul sakinləri uşaq musiqi məktəbinin gənc kadrları üçün ustad dərslərinin keçirilməsi, Kürdəmir sakinləri isə rayonun Şahbəyli kəndi ərazisində yerləşən “Sarıtəpə” abidəsinin dövlət qeydiyyatına alınması barədə nazirə müraciət ediblər.