"Paşinyan hakimiyyətinin təcrübəsi çatmır"


Dünya 14 Dek 2018 18:24:00 235 0

"Paşinyan hakimiyyətinin təcrübəsi çatmır"

"Ermənistanın yeni hakimiyyətinin ciddi problemləri həll etmək üçün təcrübəsi çatışmır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu buraxılmış parlamentin Respublika Partiyasından olan deputatı Xosrov Arutyunyan deyib.

O bildirib ki, daxili və xarici siyasətdə mürəkkəb problemlərin həlli üçün təkcə ixtisaslaşmış deyil, həm də təcrübəli parlament lazımdır:

"Söhbət ondan gedir ki, yeni parlamentin peşəkarlığı yoxdur. Hansısa sahədə biliklərə malik olmaq kifayət deyil, mürəkkəb vəziyyətlərdə qərar qəbul etməyi bacarmaq üçün təcrübə də lazımdır. Bu təcrübə isə xüsusilə hakim qüvvədə çatışmır ki, bu da ikiqat təlaşlandırır".