Ramin Quluzadə Biləsuvarda vətəndaşlarla görüşüb


Digərləri 14 Dek 2018 17:08:00 171 0

Ramin Quluzadə Biləsuvarda vətəndaşlarla görüşüb

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün Biləsuvar şəhərində vətəndaşlarla görüşüb.

Bakı. Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün Biləsuvar şəhərində vətəndaşlarla görüşüb. Trend-in məlumatına görə, görüşdə Biləsuvarla yanaşı, Cəlilabad, Salyan, Neftçala və Cəbrayıl rayonlarının da sakinləri iştirak edib. Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb. Müraciətlər telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələləri əhatə edib. Bəzi vətəndaşlar tərəfindən qaldırılan məsələlər nazirliyin səlahiyyətlərinə aid olmadığı üçün müvafiq qurumlara ünvanlanması üzrə qeydiyyata alınıb.