Nazirlik təhlükəli ağaclarla bağlı “Qaynar xətt”ə məlumat verilməsini xahiş etdi


Digərləri 14 Dek 2018 16:54:00 279 0

Nazirlik təhlükəli ağaclarla bağlı “Qaynar xətt”ə məlumat verilməsini xahiş etdi

"Sevindirici haldır ki, "Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!" devizi ilə başladığımız kampaniya hər kəs tərəfindən dəstəklənir və artıq kütləvi hal alıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova nazirlikdə keçirilən mətbuat konfransında deyib.

İ.İbrahimovanın sözlərinə görə, Prezident İlham Əliyevin yeni yaşıllıqların salınması və artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə ETSN tərəfindən "Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!" devizi ilə başlanan payız ağacəkmə aksiyaları çərçivəsində Nazirliyin əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Respublika ərazisində müxtəlif cinsli ağaclar əkilib: "Aksiyalar bu gün də davam edir:

"Sabah, 15 dekabr tarixində saat 11-də jurnalistlərin təşəbbüsü ilə jurnalistlər binasının ətrafında Nazirliyin əməkdaşları ilə birgə ağacəkmə aksiyası keçiriləcək və ərazidə müxtəlif cinsli ağaclar əkiləcək. Sevindirici haldır ki, "Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!" devizi ilə başladığımız kampaniya hər kəs tərəfindən dəstəklənir və artıq kütləvi hal alıb. Ölkənin bütün regionlarında ictimaiyyət bu kampaniyaya qoşulub.