Nazir müavini: Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində təşkilat daxilində əlaqə möhkəmləndirilib


Digərləri 14 Dek 2018 13:54:52 215 0

Nazir müavini: Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində təşkilat daxilində əlaqə möhkəmləndirilib

Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi müddətində təşkilat daxilində əlaqə möhkəmləndirilib

Bakı. Ləman Zeynalova - Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi müddətində təşkilat daxilində əlaqə möhkəmləndirilib. Trend-in məlumatına görə, bunu QDİƏT Xarici işlər nazirləri Şurasının 39-cu iclası ilə bağlı mətbuat konfransında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib. O bildirib ki, Azərbaycanın QDİƏT-də sədrliyi bu il iyulun 1-də başlayıb və dekabrın 31-i başa çatacaq. Nazir müavini əlavə edib ki, Azərbaycanın təşkilata sədrliyi müddətində səmərəli və etibarlı tranzit xidmətlərinin təmin olunması, kənd təsərrüfatı, turizm kimi sahələrin inkişafı məsələləri müzakirə olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin