Dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait 100 dəfə artıb


Digərləri 14 Dek 2018 11:50:23 208 0

Dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait 100 dəfə artıb

Azərbaycanın dövlət büdcəsindən gənclər sahəsinə ayrılan vəsait 2003-cü ildən indiyədək 100 dəfə artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, Azərbaycan gənc ölkədir: "Əhalinin 60 faizi 30 yaşdan aşağıdır. Ölkəmizdə 2001-ci ildə gənclərlə bağlı qanun qəbul edilib, bundan əvvəl isə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılıb. Bütün bunlar gənclərə olan diqqətin göstəricisidir".