Parlamentlərarası İttifaqın prezidenti: "Təhsil və elm silahından istifadə etməklə yoxsulluğun qarşısını ala bilərik"


Digərləri 14 Dek 2018 11:06:00 297 0

Parlamentlərarası İttifaqın prezidenti: "Təhsil və elm silahından istifadə etməklə yoxsulluğun qarşısını ala bilərik"

Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransında iştirak etdiyimə görə çox şadam. İlk öncə Azərbaycan Respublikasına və Prezident İlham Əliyevə bu konfransa ev sahibliyi etdiyinə görə təşəkkür edirəm.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron sözügedən konfransda çıxış edərkən deyib.

O qeyd edib ki, Azərbaycan gənclər üçün innovasiyalı, bu günün çağırışlarını qət etmək üçün təkliflər edir, onların həyata keçməsi üçün yaxşı şərait yaradır.

Q.Barron bildirib ki, biz daha yaxşı hərəkət etməli və dünyada hansı çağırışlara əməl etməyimizi bilməliyik: "Eyni zamanda bu gün biz dəyişikliklər haqqında düşünməliyik. Biz bilməliyik ki, bundan sonra torpaq, su, enerji resurslarına daha çox ehtiyac olacaq. İqlim dəyişikliyi sahəsində 1.5 dərəcə istiliyin artdığını bilirik. Bunu nəzərə almalı, ətraf mühitin yaratdığı təsirlərə hazır olmalıyıq. Çünki onlar bizim həyatımıza təsir göstərəcək".