YUNESKO Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabatı qəbul edib


Digərləri 14 Dek 2018 09:53:00 211 0

YUNESKO Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabatı qəbul edib

YUNESKO tərəfindən Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabat qəbul olunub.

Bakı. YUNESKO tərəfindən Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabat qəbul olunub. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Parisdə YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası keçirilir. Sessiyada Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, eləcə də nazirliyin və YUNESKO yanında Daimi nümayəndəliyin digər əməkdaşları iştirak edirlər. Sessiyada YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il tarixli Konvensiyası çərçivəsində Azərbaycanın son 5 illik fəaliyyətinə dair hesabat nəzərdən keçirilib. Hesabat bütün kriteriyalara uyğun, eləcə də məlumat baxımdan dolğun və peşəkar hazırlandığını nəzərə alaraq, Hökumətlərarası Komitə tərəfindən təsdiqlənib.