Çavuşoğlu və Pompeo arasında telefon danışığı olub


Dünya 14 Dek 2018 08:19:00 372 0

Çavuşoğlu və Pompeo arasında telefon danışığı olub

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub. Son.az Trend-ə istinadən bildirir ki, rəsmilər Suriya haqqında müzakirə aparıblar.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin 2-3 gün ərzində Suriyanın şimalında, Mənbic bölgəsində PKK-nın Suriya qanadı və PYD/YPG-yə qarşı yeni hərbi əməliyyatlara başlayacağını bəyan etmişdi.