Turizm xidmətlərinə dövlətin nəzarət edə bilməsi üçün mexanizmlər tətbiq ediləcək


Digərləri 14 Dek 2018 07:55:00 820 0

Turizm xidmətlərinə dövlətin nəzarət edə bilməsi üçün mexanizmlər tətbiq ediləcək

Azərbaycanda turizm xidmətlərinin səviyyəsinə dövlətin nəzarət edə bilməsi üçün müəyyən mexanizmlər tətbiq ediləcək.

Son.az bildirir ki, bunu Trend-ə Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə deyib.

K.Quluzadənin sözlərinə görə, Azərbaycanda 2000-dən çox turizm şirkəti fəaliyyət göstərir. Lakin onların hamısı elan etdikləri xidmətləri, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirə bilmirlər:

"Bu isə ölkənin ümumi imicinə, turizm sənayesinə xələl gətirir. Hansısa bir turist Azərbaycana gəlib lazımi səviyyədə xidmət almadıqda o, öz ölkəsinə qayıtdıqdan sonra ayrı-ayrı şəxslər haqqında deyil, ümumən ölkə haqqında rəyini bildirir. Bu da bizim nüfuzumuza zərər vurur. Ona görə də belə halların qarşısını almaq üçün hansısa bir mexanizmin tətbiqi məsələsi müzakirə edilir".

Agentlik rəsmisi qeyd edib ki, həmin mexanizmlərdən biri Turizm Reyestrinin yaradılmasıdır: