Aktrisa: "UNOların yerə endiyini gördüm"


Digərləri 14 Dek 2018 07:07:00 629 0

Aktrisa: "UNOların yerə endiyini gördüm"

İtalyan aktrisa və model Anna Falki bu yaxınlarda kinolara da çəkilməyə başlayıb.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, gözəl model İtaliyanın "Rai Radio 1" radiosunun qonağı olub. Aktrisa müsahibəsində yadplanetli gəmilərlə qarşılaşmasından bəhs edilib. O, bildirib ki, bu hadisə uşaq olduğu dövrdə baş verib:

"10 yaşımdan etibarən iki il UNO gördüm. İlk dəfə valideynlərimlə Milad bayramında Reco-Emiliyada istirahət edirdim. Bu zaman gəmini gördüm". Aparıcının "Siz yadplanetliləri də gördünüzmü?" sualına aktrisa belə cavab verib:

"Yox, onları görmədim. Bəlkə də bu yadplanetlilərin gəmisi deyildi. Bəlkə də NASA aparatları idi".