Məcburi köçkünlər məktəbində ingilis dili proqramı həyata keçirilir


Digərləri 14 Dek 2018 05:51:00 920 0

Məcburi köçkünlər məktəbində ingilis dili proqramı həyata keçirilir

ABŞ səfirliyi və beynəlxalq təhsil üzrə Amerika şurası Sumqayıtda yerləşən məcburi köçkünlər məktəbində ingilis dili proqramını həyata keçirir.

Bakı. ABŞ səfirliyi və beynəlxalq təhsil üzrə Amerika şurası Sumqayıtda yerləşən məcburi köçkünlər məktəbində ingilis dili proqramını həyata keçirir. Qubadlının Sumqayıtda yerləşən Dəmirçilər kəndinin orta məktəbində dekabrın 4-də başlayan Bilik Qüvvədir proqramı çərçivəsində Azərbaycanlı məcburi köçkün uşaqlarına İngilis dili tədrisi ilə yanaşı Birləşmiş Ştatların mədəniyyəti barədə məlumatlar veriləcək. Bakıdakı ABŞ səfirliyinin sponsorluğu, Nazirlər Kabineti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşan bu proqram Beynəlxalq Təhsil Üzrə Amerika Şurası tərəfindən həyata keçirilir.