ABŞdan şahzadə ilə bağlı son qərar


Dünya 13 Dek 2018 23:59:00 630 0

ABŞdan şahzadə ilə bağlı son qərar

ABŞ Senatında ərəb jurnalist Camal Qaşıqçının qətlilə bağlı layihə qəbul edilib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, jurnalistin ölümü ilə bağlı Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanin məsuliyyət daşıdığı qeyd olunub.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.