Hər bir canlı imtahan olunur.


Digərləri 13 Dek 2018 21:40:00 513 0

Hər bir canlı imtahan olunur.

"Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver". ("Bəqərə" 155).

Allah Təala bəşəri xəlq etmiş və onun bütün ehtiyaclarını təmin etmişdir. Ona batini rəsul vermişdir ki, ağıldır. Onunla səadət və xoşbəxtlik yolunu seçə bilsin. Eyni zamanda zahiri rəsullar da göndərərək, öz risalətini bəşərə tamamlamışdır. Onların vasitəsilə qəsavət bağlamış qəlbləri təmizləmiş və qəflətdən oyatmışdır.

Allah insana həm batini və həm də zahiri rəsullar göndərmişdir ki, həyatın çətin anlarında necə rəftar etməyi ona öyrətsinlər. Eyni zamanda gizli istedadlarını üzə çıxardıb, onları inkişaf etdirsinlər.

Allahın bəndələrinə göndərdiyi imtahan - qəti bir məsələdir. Heç kəsə istisna olmaz.

Son.az deyerler.org-a istinadən bildirir ki, bəs bəndələrin imtahan olmasının əsil səbəbi nədir?

Əlbəttə, Allah bütün xəlq etdiyi canlıların hüceyrələrindən də belə, xəbərdardır. İmtahan dedikdə o nəzərdə tutulmur ki, Allah hansısa bilmədiyi şeyi öyrənsin. Xeyr, belə deyildir. İmtahanın əsil səbəbi odur ki, bəşər tərəqqi etsin və sonrakı mərhələyə qədəm bassın.