Piyadanın ölümündə təqsirləndirilən sürücüyə bəraət qüvvədə qaldı


Digərləri 13 Dek 2018 19:24:00 758 0

Piyadanın ölümündə təqsirləndirilən sürücüyə bəraət qüvvədə qaldı

Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən Emin Həsənovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Milli,Az xəbər verir ki, vəkil Əli Hüseynov Trend-ə bildirib ki, prosesdə şikayət araşdırılsa da təmin edilməyib.

Məhkəmə Sabunçu Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğunun birgə yaydığı məlumata əsasən, bu il fevralın 4-də saat 08 radələrində paytaxtın Sabunçu rayonu ərazisində naməlum avtomobilin sürücüsünün yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən naməlum qadın piyadanı vurub hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən orada ölməsi faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.