Yetkinlik yaşına çatmayan qızı qaçırdı, ağır cəza aldı


Digərləri 13 Dek 2018 18:04:00 762 0

Yetkinlik yaşına çatmayan qızı qaçırdı, ağır cəza aldı

Şirvan Apellyasiya Məhkəməsində yetkinlik yaşına çatmayan qızı qaçırmaqda və qanunsuz silah gəzdirmədə təqsirləndirilən Müqəddəs Qəhrəmanov, Rahib Həsənov və Təhmasib Həsənovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Son.az Report-a istinadən xəbər verir ki, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Qəhrəmanovun apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, hadisə 2017-ci ilin noyabr ayının 23-də, 16:20 radələrində Ağcabədi rayonu, Minəxorlu kəndində baş verib. M.Qəhrəmanov həmkəndliləri - R.Həsənov və T.Həsənovla birgə həmin kənd sakini, 2002-ci ildə anadan olmuş, yetkinlik yaşına çatmayan Aliyə Bayramovanı (ad, soy adı şərti) evlənmək məqsədilə zorla qaçırılması barədə razılığa gəlib. Həmin şəxslər bulaqdan evlərinə su gətirən A.Bayramovaya əvvəl yaxınlaşaraq qollarından tutub, zorla avtomobilə əyləşdirib və daha sonra onu Ağcabədi şəhəri, E.İsmayılov küçəsi, təzə məhəllədə yerləşən fərdi yaşayış evinə aparmaqla oğurlayıblar.