Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib


Digərləri 13 Dek 2018 16:54:00 730 0

Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib

Prezident İlham Əliyev Keniya Prezidenti Uhuru Kenyattaya təbrik məktubu göndərib.

Bakı. Prezident İlham Əliyev Keniya Prezidenti Uhuru Kenyattaya təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin