Azərbaycanın idman mütəxəssislərinə Prezidentin fərdi təqaüdü və fəxri ad verilib (SİYAHI)


Digərləri 13 Dek 2018 15:57:00 631 0

Azərbaycanın idman mütəxəssislərinə Prezidentin fərdi təqaüdü və fəxri ad verilib (SİYAHI)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının idman mütəxəssislərinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Azərbaycan Respublikasının idman mütəxəssislərinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin: Həşimov İsmayıl Teymur oğlu Demina Tanziliya Zaxarovna Məmmədov Yaqub Əkbər oğlu Məmmədov Vahid Şərafəddin oğlu Əlimzanov Şamil Əhmədcanoviç İbrahimov İbrahim Eldar oğlu İşməmmədova Svetlana Bəşirovna Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib: Nərimanov Elşad Əhməd oğlu Əliyev Elxan İzzət oğlu Mircavadov Ağasəlim Seyidəhməd oğlu Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin