Hansı kommunal xidmətə borclular çoxdur?..


Digərləri 13 Dek 2018 14:45:00 594 0

Hansı kommunal xidmətə borclular çoxdur?..

Artıq 2018-ci ili geridə qoyuruq. Adətən hər ilin sonu bir çox sahələrdə hesabatların hazırlanması, mətbuatda dərc edilməsi, il ərzində yarımçıq qalan məsələrin yekunlaşdırılması ilə yadda qalır. Həmçinin, kommunal borcların ödənilməsi ilə bağlı da əhaliyə xəbərdarlıq edilir, məlumatlar yönləndirilir.

Bəs maraqlıdır, bu il də sakinlərin kommunal borcları varmı? Müvafiq qurumlar bu borcların gələn ilə ötürülməməsi üçün hansı tədbirləri görəcək?

Bu məsələni dəqiqləşdirmək üçün əhaliyə kommunal xidmətlər təklif edən qurumlarla əlaqə saxladıq. 

Son.az xəbər verir ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev modern.az-a açıqlamasında bildirib ki, növbəti bir həftə ərzində abonentlərə məlumat xarakterli xəbərdarlıqlar göndəriləcək:

""Azərişıq" abonentlərinə etibar edir. Biz xidmət göstərdiyimiz vətəndaşların yeni ili borcsuz qarşılamasına çalışırıq. Hər ilin sonunda elektrik enerjisi borcu olan abonentlərə xatırlatma edilir. Buna baxmayaraq, əksəriyyət bizim xəbərdarlığımıza ehtiyac qalmadan istifadə etdiyi elektrik enerji borclarını tamamilə ödəyir. Məhz vaxtlı-vaxtında borclarını ödədiklərinə görə, hər bir abonentimizə təşəkkür edirik.

Ola bilər, bir müddət şəhərdən kənarda yaşayan, istirahət üçün müxtəlif ərazilərə müvəqqəti gedən vətəndaşların enerji borcları yığılsın. Ən çox bu hal yay mövsümü bitdikdən sonra baş verir. Belə olduğu halda "debitor borclar" adlandırdığımız bu borclara görə, vətəndaşlara xatırlatma xarakterli xəbərdarlıqlar göndərilir. Artıq elə bir imkan yaradılıb ki, ölkənin və ya dünyanın istənilən nöqtəsindən abonentlər "Azərişıq"a olan debitor borclarını elektron şəkildə ödəyə bilərlər. Ona görə, bu sahədə problemlərlə qarşılaşmırıq". 

Azərbaycanda 2 milyon 600 mindən çox "Azərişıq" abonenti olduğunu vurğulayan T. Mustafayevin sözlərinə görə, indiyə qədər borcları yeni ilə ötürülən abonentlər olmayıb:

"İndi hər kəs xəbər saytları, sosial şəbəkələr vasitəsilə "Azərişıq" ASC-nin xəbərdarlıqları barədə məlumat ala bilir. Ona görə, borcların ödənilməsi ilə bağlı xatırlatma etdikdə, abonentlər laqeyd qalmır.

Gələn həftə məlum olacaq ki, nə qədər abonentin bu il üçün elektrik enerjisi borcu yaranıb. Düşünürəm ki, bu, çox cüzi rəqəm olacaq. Artıq minimum 95 faiz abonent işıq borclarını vaxtlı-vaxtında ödəyir".

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev isə xatırladıb ki, vətəndaşların təbii qazla təchiz olunması elektron qaz sayğacları ilə həyata keçirilir. Qurum sözçüsünün bildirdiyinə görə, bu da vətəndaşların qaz borclarının yaranmasının qarşısını alır:

""Smart" tipli qaz sayğaclarının iş mexanizminə görə, hər bir abonent plastik kartlar vasitəsilə ödəniş edir, qaz təchizatını aktivləşdirir. Buna görə də, ilin sonunda belə abonentlərin borcu qalmır".

İ. Kərbalayev onu da vurğulayıb ki, regionlarda tam şəkildə "smart" tipli sayğaclar tətbiq edilmədiyindən borcu yaranan abonentlər olur: