Avtomobili avtobusa çırpan sürücünün cinayət işində 32 zərərçəkmiş var


Digərləri 13 Dek 2018 13:41:00 577 0

Avtomobili avtobusa çırpan sürücünün cinayət işində 32 zərərçəkmiş var

Bakı-Qazax yolunun Qaradağ rayonu hissəsində 1 nəfərin ölməsi, bir neçə nəfərin isə isə müxtəlif dərəcəli xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rövşən Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rufan Mürsəlovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 25-nə təyin edilib.