Bakı Media Mərkəzi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr edilmiş film çəkib VİDEO FOTO


Digərləri 13 Dek 2018 12:58:46 836 0

Bakı Media Mərkəzi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr edilmiş film çəkib  VİDEO  FOTO

Bakı Media Mərkəzi Nobel qardaşlarının Azərbaycanda neft sahəsində fəaliyyətinə həsr olunmuş "Miras" adlı bədii-sənədli film hazırlayıb. Film layihəsi "Nobel oil" şirkətinin sponsorluğu ilə həyata keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, filmin məqsədi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin həm regionda, həm də dünya neft hasilatının inkişafında tarixi rolu və əhəmiyyətini vurğulamaq, eləcə də Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhfə verməkdir.

Ekran əsərində Nobellərin böyük nailiyyətləri - dünyada ilk neftdoldurma tankeri və neft məhsullarının saxlanılması üçün dəmir çənlərin (rezervuarların) yaradılması, Avropada ilk neft boru kəmərinin məhz Bakıda istifadəyə verilməsi və şirkətin neft sənayesində tətbiq etdiyi bu kimi bir sıra digər yeniliklərdən də bəhs olunur.

Eyni zamanda, filmdə neft sənayesinin inkişafı ilə "qara qızıl"ın geostrateji xammal kimi əhəmiyyətinin artması, eləcə də Azərbaycanın regionda geosiyasi önəm qazanması və bir neçə qitənin nəhəng şirkətlərinin Bakı nefti uğrunda gərgin mübarizə aparmalarından da danışılır.

Bundan başqa, filmdə Nobel Mukafatı Fondunun 15-17 faizinin "Nobel qardaşları" neft hasilatı şirkətinin Bakı neftindən əldə edilmiş gəlirləri hesabına təşkil etməsi qabardılır və Bakı neftinin tarixi, bəşəri əhəmiyyətli Nobel Mukafatı Fondu ilə üzvü bağlılığı qeyd olunur.

Həmçinin "Miras" filmində Nobel qardaşları tərəfindən "qara qızıl"a dair yaradılan irsin bu gün Azərbaycanda inkişaf etməsi və ölkənin dünyanın etibarlı enerji təminatında rolu nümayiş olunur.


Xəbərə aid fotolar