Şəmkirdə bomba qoyulması barədə anonim zəng edən saxlanıldı


Digərləri 13 Dek 2018 12:31:30 517 0

Şəmkirdə bomba qoyulması barədə anonim zəng edən saxlanıldı

Dekabrın 12-də saat 18 radələrində DİN-in "102 - Zəng Mərkəzi"nə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs - Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması da müəyyən edilib.

Araşdırma aparılır.