Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq olimpiadada iştirak ediblər FOTO


Digərləri 13 Dek 2018 11:52:00 800 0

Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq olimpiadada iştirak ediblər  FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrindən ibarət dörd komanda Gürcüstanda keçirilən "43-cü ACM İCPC - Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq Müsabiqəsi"ndə iştirak ediblər.

Ali Məktəbdən Son.az-a verilən məlumata görə, Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Süleyman Süleymanzadənin rəhbərliyi altında on bir tələbənin iştirak etdiyi beynəlxaq olimpiadanın yarımfinalında NEERC (Northeastern European Regional Contest) regionda yerləşən ölkələrə aid 318 komanda iştirak edib. Tbilisi şəhərində yerləşən "Avropa Universitetində" baş tutan olimpiadada yarışlar fərdi və komanda şəklində keçirilib. 5 saat davam edən yarışda Dinamik proqramlaşdırma, Qraf nəzəriyyəsi, Hesablama Geometriyası kimi 12 alqoritmik məsələnin həlli üzərində işlənilib.


Xəbərə aid fotolar